Qədriyə Teymurbulatova
Türk Dünyasının Məşhurları-47
Görkəmli noqay şairi Qədriyə Teymurbulatovanın ümur yolu va yaradıcılığı...Əli Şamil
Göndərmə 02.02.2012 11:29:08 UTC
Güncəlləmə 02.02.2012 11:29:08 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=447eb890-8c1d-400d-8b0b-a04c2da013c7
Qədriyə Orazbay qızı Teymurbulatova 1949-cu ilin dekabrın 14-də Rusiya Fedarasiyasının Dağıstan Respublikasının Noqay rayonu Tepekli Məktəb kəndidində anadan olub. Rus qradikasının və rus dilinin təsirilə noqaylar Qədriyə Teymurbulatovanın ad və familyasını Kadriya Temirbulatova, qıbçak kökənli olduqlarını görə də doğulduğu kəndin adını Dirəkli Məktəb deyil Terekli Məktəb kimi yazırlar. Gənc yaşarında faciəli və şübhəli ölümü olmasaydı beş gün sonra 62 yaşı tamam olacaqdı. 30 yaşı tamam olmamış faciəli şəkildə öldürülməsi yalnız noqay xalqinin yaddaşinda deyil, dünyanın bütün tərəqqipərvər insanlarının qəlbində dərin iz buraxmışdır. Sovetlər Birliyi xalqları nə qədər dəmir pərdə arxasında saxlamağa çalışsa da xarici radioların sayəsində SSRİ-də yaşayan bəzi insanlar onun faciəli olümündən xəbər tütmuşdur.
Çoban ailəsində doğulan Qədriyəni 1954-cü ildə, hələ beş yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinifinə aparırlar. O illərdə uşaqlar yeddi yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşda kçik imiş, həm də boyda balaçaymış. Bun baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir.
Həmin illərdə SSRİ-də orta məktəblər 11 illik olduğundan 1965-ci ildə Terekli Məktəb kənd orta məktəbini bitirib Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. Orta məktəbdə oxuduğu illərdə ədəbiyyata böyük maraq göstərən çoban qızının ilk şeiri Noqay rayonunda noqay türkcəsində nəşr edilən “Şöllük mayakı”(Çöllük mayakı) adlı qəzetində çap olunur.
“Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində nəşr olunan “Lenin yolu” qəzetlərində, “Dostluq” jurnalında müntəzəm şeir və məqalələrini çap etdirən Qədriyə elə ilk şeirlərilə müəllimlərinin, qayonun ədəbiyyat həvəskarlarının, Dağıstan Yazıçılar İttifaqinin diqqətini çəkir. SSRİ-də böyük nüfuzu olan avar şairi Rəsul Həmzətovun zəmanətilə onu universitetin üçüncü kursunu bitirdikdən sonra Moskvada, M.Qorki adına Ədəbiyat İnstitutunda oxumağa göndərirlər.
Rus dilini də ana dili kimi bilən Qədriyənin ədəbiyyat institunda oxuyarkən SSRİ Yazıçılar İttifaqına üzv qəbul edirməsi, Moskvadakı qəzet və jurnallarda şeirlərinin çap olunması böyük əks səda doğurur. O, dövürdə əyalətlərdə yaşayanların, xüsusən də SSRİ-də yaşayan və rus olmayan xalqların nümayəndələrinin imzalarının mərkəzdəki qəzet və jurnallarda görünməsi uğur sayılırdı.
İlk qələm təcrübələri olan “Qumlu tastar şöllüqim”, allaqorik “Gələ zaman”, “Men tuvqanda”(Mən doğulanda) şeirləri ədəbiyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər verir. Doğma kəndinə həsr etdiyi “Tereklidə(Dirəkli) üç gün”, “Menim xalkıma” , “Ayıtdılar”(Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Amzatxanqa”, “Almirağa” və b. şeirində noqay ədəbiyatına gətirdiyi yeni ifadə vasitələrilə seçilir. O, şeiri şüarçılıqdan uzaqlaşdırıb poeziyaya klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna verməyə çalışır.
Rus knyazlarının canına Yüz illər boyu vicvicə salan Noqay Ordasını məhv etdiklərini düşünən rus şovistləri əriyib, yox olmağa goğru gedən xalqın gənc bir qızının belə uğur qazanması, həttə Rusiyalı gənclərin əksəriyyəti tərəfindən də sevilməsi onları rahatsız edir. Çox zaman açıq-aşkar büruzə verirdilər ki, nədən 150 milyonluq Rusiyadan deyil, 50-60 minlik noqaylardan və əsarət altında saxladıqları xalqlardan belə istedadlar ortaya çıxır.
Allah verdiyi istedadın qarşısını heç bir güclə, təbliğat və təzyiqlə almaq mümkün olmur. Gənç çoban qızında da şairlik Allahın vergisiydi. O dövirdə məşhur yazıçı və şairlərini kitablarının nəşriyyatların panına saldırılması, rəyə göndərilməsi, çapı azı-3-5 il çəkirdi. Bürokratik əngəllərin güclü olduğu bir dövrdə Qədriyənin 22 yaşında, yəni 1971-ci ildə Mahaçqaladakı dövlət nəşriyyatında ilk şeirlər toplusu çap olunur. Şairin anad dilində çap olunan, “Tav danıldan baslanadı”(Dağ düzənlikdən başlanır) adlandırdığı şeirlər kitabı yalnlz noqaylar və Dağıstanda yaşayan qumuqlar, avarlar, ləzgilər, darginlər arasında deyil Qüzey Qafqazda yaşayan qaraçaylar, balkarlar, çeçenlər, çərkəzlər, kabardalılar, inquşlar, osetinlər, türkmənlər arasında da böyük maraqla qarşılanır.
Qədriyənin şerinə maraqın artmasına səbəb onun poeziyanı, tərənnümçülükdən, şüarçılıqdanini uzaqlaşdırma çəhdi idi. O, poezyaya idioloji mübarizədə bir təbliğat vastəsi kimi baxmırdı. Şeirə bir sənət nümunəsi, insanların daxili aləminə enən, onların mənəviyyatına təsir edən, iç dünyasının tələblərini ödəyən bir vasitə kimi baxırdı. O, istəyirdi ki, şeirlərini oxuyanlar ürəklərindən keçirdiyi duyğuların bədii əksini orada görsün.
1956-ci ildə Sov.İKP XX qurultayında Stalinin şəxsiyyətəpərəstişdə ittiham edilməsi, ölkədəki kütləvi həbs və çəzaların onun idarəetmədəki yanlışlığı kimi dəyərləndirilməsi, bu qəddarlıq və haqsızlıqlardan ziyalıların daha çox zərər gördüyünün rəsmi məclislərdən söylənməsi gənc nəsildə böyük ruh hüksəkliyi yaratmışdı. Xüsusən gənc yaradıçılar keçmişdəki haqsızıqların bir daha təkrarlanmayacağına inanır və böyük həvəslə yazıb-yaraırdılar. Onlar hərgün qarşılaşdıqları haqsızlıqları, senzor nəzarətini isə yerli məmurların özbaşınalığı kimi dəyərləndirirdilər. Beləcə Sovet ədəbiyyatında altmışıncı illərin nəsli deyə bir ədəbi gənclik formalaşırdı. Onların sayı o qədər artırdı ki, hamısını 1937-ci ildə kütləvi həbslər, güllələnmələrlə aradan qaldırmağın mümkünsüz olduğunu hakimiyyət orqanları yaxşı başa düşürdü.
1960-cı illərin nisbi yumşalmasını aradan qaldırmaq mümkün olmadığını gördükdə senzor nəzarətini artırır, arxivləri yaradıcı ziyalıların üzünə qapayır, xarici ölkələrdən qəzet-jurnal, kitab gətirilməsini məhdudlaşdırır, onların həqiqəti öyrənmək, söz demək imkanlarını azadkırdılar.
1973-cü ildə Qədriyə Teymurbulatovanın “Yaslık yırları”(Gənclik nəğmələri), “Tav danıldan baslanadı”, “Ayındırık yarıqı”(İldırım işığı) və “Yatlablar”(Şeirlər) adlı kitabları çap olunur. Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi. 1964-cü ildə N.S.Xruşşovu devirərək hakimiyyəti ələ alan partiya rəhbərləri Stalini şəxsiyyətə pərəstişdə ittiham edə-edə özləri də onun yolunu davam etdirir. Onlar açıq-aydın görürdülər ki, demokratik islahatların həyata keçirilməsi Sovetlərin dağılnmasını sürətləndirəcək. Odurki xaricdə özlərini demokrat, xalqların hüququnun müdafiəçisi kimi göstərmək üçün etnik qrupa çevirdikləri avarlaradan, nenlərdən, noqaylardan olan yazıçı və şairlərə müəyyən həddə milli mövzularda əsərlər yaratmağa imkan verirdilərsə də özbək, qazax, ukrayın, azərbaycan ədiblərinin milli mövzuda yazmalarını əngəlləyir və müxtəlif təziq vasitələrilə bu yoldan çəkindirirdilər.
Qədriyə də yaranmış bu imkandan istifadə edərək “Tereklidə üç gün”, “Nənəmə”, Atama”, “Anama” və başqa şeirlərində Rusiyanın yüzüllər boyu xalqının başına açdığı müsibətləri diə gətirir. Rəhbər partiya-sovet işçilri çar hakimiyyəti zamanı əsarət altında olan xalqlara divan tutulduğunu tənqid etsələr də özləri də həmin siyasəti yürüdürdü. Ona görə də əsarət altında saxladıqları xalqların qələm sahiblərinin Rusiyanın işğalçı siyasətini tənqid etmələrini istəmirdilər. Yaxşl bilirdilər ki, bu milli oyanışı sürətləndirir.
Belə bir ikili siyasət yeridildiyi zamanda onlar Qədriyə kimi fitri istedadları özlərindən narazı salmaq istəmirdilər. Əksinə nə yolla olur olsun onları siyasətlərinin təbliğatçısına çevirmək üçün şirnikləndirir, imtiyazlar, mükafatlar verirdilər.
1975-ci ildə isə Moskvadadakı “Molodoy qvardiya” nəşriyyatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı”(Ayın təbəssümü) kitabını nəşr edir. O dövürdə çox böyük nüfuza malik olan, hakiyiyyət orqanları tərəfindən neçə-neçə mükata laiq görülmüş, məşhur malkar şairi Qaysın Quliyevin ön söz yazdığı bu kitabın ilk nüsxəsini Qədriyəyə Moskvada, Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təntənə ilə təqdim edirlər. Az sonra Qədriyə Teymurbulatova Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Dağıstan Vilayət Komitəsinin Mükafatına layiq görülür.
Qədriyə öz əsərlərini təbliğ etməklə kifayətlənmir, intihara sürüklənmiş Qamzat Acıgəldiyevin noqay türkcəsində yazdığı şeirləri rus dilinə çevirərək çap etdirir. Hakimiyyət orqanları adının belə çəkilməsini istəmədikləri Qamzatın daha geniş aidutoriyada təbliğ etilməsilə də razılaşmır.
Onu bir tərəfdən mükafatlandırırlarsa da o biri tərəfdən də rəhbər partiya işçiləri, hakimiyyətə yaxınlığı ilə seçilən, mükafatlı yazıçı və şairlər, KQB məmurları öyüd-nəsiətlər verir, üstüörtülü hədələyir. Qədriyə isə heç bir hədə-qorxudan çəkinmir, öyüd-nəsihətə qulaq asmır. Rəsmi dairələrdə deyilənləri əldə bayraq edərək millətinin hüquqlarını qorumağa çalışır.
1978-ci ildə onu Moskvada keçirilən SSRİ Yazıçılarının qurultayına və Daşkənddə keçirilən Asiya Afrika Ölkələri şairlərinin forumunda iştirak etməyə göndərirlər. Həmin il Mahaçqalada ana dilində “Xayran”(Heyran) kitabı çap olunur.
Rəsmi toplantılarda öyülən, mükafatlandırılan, arxada isə hədələnən, qorxudulmağa çalışan gənc şair yolundan dönməz olduğunu nümaiş etdiri. 1978-ci ilin iyulunda onu adını da Kubanın paytaxtı Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına gedəcək nümayəndə heyətinin tərkibinə daxil edirlər. Lakin bu səfər ona nəsib olmur. İyun ayının 30-da, günün-günorta çağında onun cəsədini öz evində tapırlar. Məlum olur ki, onu öldürdükdən sonra cəsədini yandırıblar ki, başqalarının da gözünü qorxutsunlar. Bu faciəyə cinayət donu geyririlir. Sovetlər dağıldıqda isə bu qəddar çinayətin KQB tərəfindən təşkil edildiyi açıldı. Çeçenistanda başlayan antirusiya hərəkatından qorxuya düşən rəhbər işçilər yenidən bu mövzunu qapatdılar və KQB arxivlərinin Dağıstan Respublikasında açılmasını əngəllədilər.
Qədriyənin Teymurbulatovanın şeirləri ölümündən sonra toplanaraq “Əsmə, saxlan” və “Peşiman yırları” adlı kitablarında çap olundu.
|