ABDULLA QƏDİRİ
TÜRK DÜNYASININ MƏŞHURLARI 153/2012
Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə yeni dövr özbək ədəbiyyatının banilərindən biri, özbək milli romançılıq məktəbinin təməl daşını qoyan, publisist, həcv ustası, dilçi alim, tərcüməçi, 1937-ci ilin qurbanlarından Abdulla Qədirinin ömür yolundan və yaradıcılığından söz açacağıq.
Abdulla Qədri 1894-cü ilin aprelin 10-da Daşkənd şəhərində kasıb bir ailədə anadan olmuşdur. 1904-1906-cı illərdə mollaxanda oxuyan, burada Quranı Kərimi, şəriət ehkamlarını öyrənən, fars və ərəb dilləri ilə tanış olmuşdur. O, mollaxananı bitirdikdən sonra yaşı az olsa da ailəyə kömək etmək üçün işləməyə başlamışdır.
Yanında işlədiyi tacir onun işgüzarlığını və diribaşlığını görərək 1908-ci ildə Abdulla Qədirini bizim Rus-tatar məktəbi dediyimiz, Türkistanda isə Rus-tuzem məktəbi kimi tanınan təhsil ocağında oxumağa göndərir. 1912-ci ildə Rus-tuzem məktəbini bitirib Rus dili, dünyəvi elmlərlə yaxından tanış olduqdan sonra bir ara taçir yanında katib işləməyə başlayır.
Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. Bölgədə çap olunan qəzet və jurnalları müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Culkunbay imzası ilə şeirlər yazmağa başlayır.
İşləyərək ailəsinin maddi vəziyyətini yaxşılaşdıran Abdulla Qədiri gettdikcə ədəbiyyata, bədii yaradıcılığa böyük maraq göstərir. 1914—1915 illərdə «Əhvalımız», «Toy», «Millətimizə», «Fikr» kimi şeirlərini, «Pozğun», «Uloqda», «Bunlar bizim» kimi hekayələrini çap etdirir. 1915-ci ildə Mahmudhoca Behbudinin “Padarkuş” dramının təsiri altında yazdığı «Bəxtsiz adaxlı» əsərinin və ilk hekayələrinin mövzusu məişətdən alınmışdır. Gənc müəllif əsərlərində köhnəlmiş adətlərin quluna çevrilənlərin çirkin hərəkətlərini tənqid edərək xalqını zamanla ayaqlaşyağa, yeniliyi mənimsəməyə səsləyir.
Abdulla Qədiri bədii yaradıcılıqla məşğul olduqca görür ki, savadı, dünyagörüşü yetərincə deyil. Odur ki, tacir yanında işləməkdən əl götürür.
Dünyagörüşünü dərinləşdirməyə böyük ehtiyac duyduğundan 22 yaşında Abdulqasım şeyx mədrəsəsində oxumağa başlayır. Lakin mədrəsəni bitirə bilmir. 1916-cı ildə çar II Nikolayın Ramazan günlərində Türküstandan 20-45 yaşlı kişilərin səfərbərliyə alınaraq cəbhə xəttində yardımçı işləri görməyə göndərilməsi haqqında verdiyi sərəncam böyük müaqvimətlə qarşılanır. Türküstanı üsyan dalğası bürüyür. Üsyanı yatırmaq üçün bölgəyə əsgəri birliklər göndərilir. Əsgəri birliklərin törətdiyi qəddarlıqlar Türküstanda çarizmə qəzəbi daha da artırır.
1917-ci ilin fevralında II Nikolayın taxtan salınması, Krenskinin rəbərliyi ilə müfəqqəti hökümət qurulması, onun ardınca bolşeviklərin silahlı üsyan yolu ilə hakimiyyəti ələ almaq cəhdləri Türküstanıda vəziyyəti daha da gərginləşdirir. Bolşeviklər Peterburqda hakimiyyəti ələ almamışdan əvvəl Daşkənddə Əsgər Sovetləri silah güçünə hakimiyyəti ələ almağa çalışırlar. Bu da yüzlərlə silahsız müsəlmanın ölümünə, evindən-eşiyindən didərgin düşməsinə səbəb olur.
Rus hərbiçilərinin törətdiyi bu qəddarlıqlar Abdulla Qədirinin gözləri qarşısında baş versə də o, bolşeviklərin vədlərinə və gözəl səslənən şüarlarına inanır. Sovetlərin kəndilərə torpaq verəcəklərinə, sülh və əminamanlığı bərpa edəcəklərinə, insanları arasındakı varlı, kasıb anlayışını aradan qaldıracaqlarına inanır. Odur ki, 1917-ci ilin Oktyabrın 25-də Petorburqda reallaşan silahlı dövlət çevrilişindən sonra Daşkənddəki Əsgər Sovetləri də fəallaşır. Onların fikirincə Türküstanda fəhlə sinfi formalaşmadığından və yerli xalqlardan fəhlələrin sayı çox az olduğundan proletariat diktaturasında idarəetmə işlərində yerli xalqlara etibar etmək olmazdı.
Buna baxmayaraq çoxluqda olan xalqla ünsiyyət qurmaq onları, idarə etmək üçün Abdulla Qədiri kimi gənclərdən sitifadə etnməyi qərara alırlar. Beləcə Abdulla Qədirini 1918-ci ildə Daşkənddəki Əskişəhər qəza komitəsinə katib təyin edirlər. Bir il sonra isə onu bolşeviklərin ideyalarını yaymaq üçün yeni açdıqları qəzetdə işə götürürlər. 1919-1923-cü illərdə qəsəbə Sovetinin katibi, bolşevilərin özbək türcəsində açdıqları “İştirakuyun”, yəni komminist və “Qızıl bayraq” qəzetlərində işləyir.
1923-cü ildə isə “Muşdum” adlı satirik jurnal nəşr etməyə başlayır. Muşdum Azərbaycan türkcəsində yumruq deməkdir. Gənc ədib də burada nöqsanlara, geriliklərə, xürafata şeir, hekayə və məqalələrlə rəmzi mənada yumruq vururdu.
Abdulla Qədirinin 1916-1917-ci illərdə yazdığı “Cavanbaz”, yəni “Pozğun” hekayəsinin həcmi böyük olur. Bu da müəllifi geniş həcmli nəsr əsərləri yaratmağa həvəsləndiri. 1919-cu ildə “Ötən günlər” romanını yazmağa başlayır. Romandan parçaları qəzet və jurnallarda çap etdirir. “Ötən günlər” romanı 1922-ci ildə “İnqilab” jurnalında, 1924-1926-cı illərdə isə ayrı-ayrı fəsillər halında kitabçalar kimi nəşr edilir. Əsər böyük əks-səda yaradır. Azərbaycan ali məktəblərində və texnikumlarında dərs deyən, Bakıda dilçiliyə dair “Qazax, özbək və türk dillərinin müqaisəli qramatikası” kitabını nəşr etdirən Xalid Səid Xocayev Abdulla Qədirinin “Ötən günlər” romanını özbəkcədən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 1929-cu ildə çap etdirir.
“Ötən günlər” yalnız Azərbaycan türkcəsində deyil, SSRİ-də yaşayan bəzi xalqların da dillərinə çevrilir.
Siyasi cəhətdən bolşeviklərə sıx bağlamaq üçün Abdulla Qədirinini 1925-ci ildə Moskvaya, ədəbiyyat kursunda oxumağa göndərirlər. Bir illik ədəbiyyat kursunu başa vurduqdan sonra Daşkəndə qayıdaraq ardıcıl ədəbi bədii yaradıcılıqla məşğul olur.
Üzərində uzun illər işlədiyi “Mehrab əqrəbi” romanını tamamlayır. Roman özbək xalqının XIX yüzildə yaşam tərzindən bəhs edir. Geniş xalq kütlələri tərəfindən maraqla qarşılanan tarixi-etnoqrafiq “Mehrab əqrəbi” romanı 1929-cu ildə Səmərqənd şəhərində nəşr edilir.
Lakin roman nə Sovet məmurlarını, nə də ədəbi tənqidi razı salır. Roman sosializ realizmin prinsiplərinə tam cavab vermədiyi, cədidçilik ruhu, mill düşüncə hakim olduğu yazılır. Dövrü mətbuatda Abdulla Qədirini xırda burjua yazıçısı adlandırırlar. 1929-cu ildə SSRİ-ni bürüyən təqibər dalğası Abdulla Qədiridən də yan keçnir.
Tənqid və tötmətlərdən cana doyan yazıçı bir ara yeni əsərlər yazmağa ara verir. Tərcüməcilik etməklə diqqəti özündən yayındırmağa çalışır.
1928-ci ildə tatar fiziki Abdulla Şinasinin “Fizika” kitabını özbək türkcəsinə uyğunlaşdıraraq nəşr etdirir. Ali məktəblərdə, texnikumlarda, ümumtəhsil ocaqlarında belə kitablara böyük ehtiyac duyulurdu. Abdulla Qədiri bu böşluğu doldurmağa can atır. Lakin onun bu yöndə gördüyü iş də xoş qarşılanmır.
Rus yazıcılarından O.N.V.Qoqoldan, A.R.Cexovdan, azərbaycan, ingilis, alman, italyan, ərəb, türk, qazax, uyğur, tatar dillərindən tərcümə etməklə özbək türkcəsinin zənginliklərini ortaya qoyur. Rus dilini zəngin bir dil, özbək türkcəsinə bəsit bir ləhcə kimi baxanlara sanki cavab verərək onlara göstərir ki, rus dilində yazılmış ədəbi, bədii, elmi əsərləri özbək türkcəsi vasitəsi ilə ifadə etmək mümkündür.
Biliyini və enerjisini özbək türkcəsinin zənginləşməsinə, saflaşmasına həsr edən Abdulla Qədiridən ədəbi tənqid deyilən Sovet ideoloqları əl çəkmirlər. Onu öz cəbhələrinə çəkmək üçün dəridən-qabıqdan çıxır, təziq göstərir, tənqid edirlər. Onların bu tənqidləri bəzən hədə, təhqir həddinə gəlib çıxır.
Abdulla Qədiri onlardan yaxa qurtarmaq və qələmini bir daha nəsr sahəsində sınamaq üçün zorla kəndililərin əlindən mal-qaralarının, torpaqlarının, mülklərinin alınıb kolxoz təsərrüfatı yaradılmasını tərənnüm edən “Abid Ketmən” povestini yazır. 1933-cü ildə çap etdirdiyi bu povest əvvəllər yazdığı nəsr əsərlərində çox zəif alınır.
Ölkədə baş verən haqsızılqlar, insanların hüquqlarının hər addımda pozulması, sosializm quruculuğu adı altında ruslaşdırma siyasətinin yeridilməsi Abdulla Qədirinin yolunu keçmiş məslək dostlarından ayırır. O, Özbəkistanın azadlığı uğrunda mübarizə aparanların sırasında özünə yer tutur. Gizli antisovet və antirusya təşkilatının fəallarından birinə çevrilir. Sovet xüsusi xidmət orqanları isə bu təşkilatın fəaliyyətinin ciddi izləyirdi. 1937-ci ilin dekabr ayının 31-də Abdulla Qədirini də əqidə yoldaşları kimi həbs edirlər.
Uzun sürən istintaqdan sonra 1937-ci ilin oktyabrın 4-də Daşkənddə Bozsu çayı vadisində hamıdan gizli güllələyirlər.
1956-ci ildən sonra sözdə Abdulla Qədiriyə bəraət verilsə də o, əsil bəraətinin 1991-ci ildən sonra, yəni Özbəkistan azadlığına qovuşduqda alır. Abdulla Qədirinin adına Dövlət mükafatı təsisi edilir, Daşkənd Mədəniyyət İnstitutu, metro stansiyalarından biri, park və mədəniyyət müəssisələri onun adıyla adlandırılır, yeddi cilidlik əsərləri çap olunur, həyatından bəhs edən sənədli və bədii filimlər çəkilir. Əcərləri ekranlaşdırılır. Bütün bunlar Abdulla Qədiriyə ümumxalq məhəbbətinin təcəssümüdür.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|